İmişlidə həmkəndlisini öldürmək istəyən şəxs saxlanıldı
    • 26-05-2021, 10:32
    • 457

İmişlidə həmkəndlisini öldürmək istəyən şəxs saxlanıldı

25 may 2021-ci il tarixdə saat 23 radələrində İmişli rayonu, Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd etmişdir.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda istintaq aparılır.