Xaçmazda həmkəndlisini öldürmək istəyən şəxs saxlanıldı
    • 7-08-2021, 11:00
    • 563

Xaçmazda həmkəndlisini öldürmək istəyən şəxs saxlanıldı

Avustun 6-sı saat 02 radələrində Xaçmaz rayon, Qusarçay kənd sakini Sahib Cəbrayılovun çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki,  zərərçəkmişin həmkəndlisi Nizami Baxışov kənd ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahib Cəbrayılova çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Nizami Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq  davam edir.