-
- 4-02-2019, 15:55
- 2 033
Meri Poppins: Uolt Disney və Pamela Trevers haqda hekayə - FOTO
Holivud həmişə sonsuz intriqalar və sönməyən ehtiraslarla məşhur olub.
Amma dünyaca məşhur “Meri Poppins” əsərinin ekranlaşması uğrunda üz-üzə gələn iki "sehrbazın" mübarizə hekayəsi bütün amerikan kinomatoqrafiyasını şoka saldı. Bu dramatik insident əfsanəvi Uolt Disneyin qızına sehrbaz uşaq baxıcısı Meri Poppinsin haqqında nağılı ekranda reallaşdıracağı ilə bağlı verdiyi sözdən sonra başlamışdı. Öz imkanlarından və ad titulundan əmin olan amerikalı kinorejissor, bir anlıq belə şübhə etmirdi ki, heç bir çətinlik olmadan britaniyalı yazar xanım Pamela Treverslə sərfəli əməkdaşlıq üçün razılıq alacaq və yazdığı kitabın bütün hüquqlarına sahib olacaq. Lakin həddən artıq ciddi olan ingilis qadınla ilk görüşdən sonra Disney əmin oldu ki, qızına verdiyi vədə əməl etmək demək olar ki, mümkünsüzdür.
İlk dəfə multiplikator yazar xanıma hələ İkinci Dünya müharibəsi zamanı təklif göndərmişdi. Lakin xanım dərhal mənfi cavab vermişdi. Çünki kinonu zövqsüz ustalıq hesab edirdi. Trevers bu təklifi ciddi qəbul etməmiş və gələcəkdə "Meri Poppins" haqqında əsas nağılın davamı olacaq bir neçə kitab üzərində işləməyə başlamışdı.
15 il ərzində Disney mütəmadi olaraq öz təklifini təkrarlayırdı ki, Treversdən razılıq alsın və qızının arzusunu həyata keçirsin. Bir müddət sonra yazar xanımın işləri zəiflədiyindən o “Meri Poppins”in ekranlaşdırılmasına razılıq verdi. Lakin hər şey çəkiliş qrupunun istədiyi kimi asan başa gəlmədi. Trevers bir neçə vacib tələb irəli sürdü. Yazar xanım ssenarinin quruluşunda tam hüquqlu şərik olmaq istəyini bildirdi. Həmçinin, o, filmdə görmək istəmədiyi animasiya haqqında mənfi fikirlərini ifadə etmişdi. Ehtimal ki, Disney bu müqavilənin nə ilə nəticələnəcəyini bilsəydi, heç vaxt yazarın tələbləri ilə razılaşmazdı.
4 il ərzində yazar xanım çəkiliş qrupuna gün verib işıq vermirdi. Aktyorlardan tutmuş musiqi və rəqslərə qədər, demək olar ki, heç nə onun xoşuna gəlmirdi. O, baş rol üçün təstiqlənmiş aktrisa Culia Endrusun filmdə iştirakı və onun sevimli və mehriban qadın obrazına qarşı idi. Məsələ ondadır ki, Trevers kitabda Merini qaraqabaq və ciddi pencəkdə təsvir etmişdi.
Pamela bəzən o qədər xırdalıqlara irad bildirirdi ki, çəkiliş qrupu bəzən onun bütün etirazlarına tab gətirəcəklərinə şübhə edirdi. Amma bir dəfə yazar xanım getdikdən sonra, Disney onun qoyduğu bütün şərtləri dəyişdi və hər şeyi rejissor fantaziyası necə görürdüsə, elə də etdi. Başqa sözlə desək, o, verdiyi andı pozdu və öz ssenarisinə görə sanki yeni nağıl yaratdı.
Tərəfdaşlar arasında ikrah hissi o qədər güclü idi ki, kitabın müəllifini hətta filmin təqdimat gününə belə dəvət etməmişdilər. Belə bir etiraza baxmayaraq, Trevers yenə də hər kəsi öz iştirakı ilə “sevindirdi”. Amma o, təqdimatda izlədiyi görüntüdən qəzəb içində idi. Çünki film tamamilə onun nağılına əks bir şey idi.
Rejissor və yazar arasında yaşanan bütün münaqişələrə baxmayaraq, film möhtəşəm alınmışdı. Treversə də kifayət qədər yaxşı gəlir gətirmişdi. Zamanla ekran işi beş “Oskar” qazandı və Amerikan Filmlərinin Milli Reyestrinə daxil edildi.
Səs-küyə səbəb olmuş və dünyaca məşhur animasiya ustası ilə əfsanəvi uşaq yazarı arasında olan bu qəliz münasibətlər haqqında əhvalat “Mister Benksi xilas etmək” filminin yaranmasına səbəb oldu. Filmdə baş rolları Emma Tomson və Tom Henks oynayıblar. Tamaşaçı və tənqidçilər ekran işinin təqdimatını isti və layiqli şəkildə qəbul etdilər. Çünki “Meri Poppins” filminin yaranmasına səbəb olan iki tanınmış şəxsin mübarizəsini bir neçə il müşahidə etmişdilər.
Hazırladı: Səməd AĞAYEV