Aşpaz Abbas aş asmış... - Şuşadan fotosessiya
    • 21-03-2023, 15:13
    • 950

Aşpaz Abbas aş asmış... - Şuşadan fotosessiya

Şuşada ekofəallar üçün təşkil olunan Novruz bayramı ilə bağlı şənlik davam edir.

Aksiyanın 100-cu günündə Xankəndi-Laçın yolunun Şuşa ərazisində keçən hissəsində bayram aşı qazanları asılıb.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbilə aksiya keçirən ekofəallar bayram aşına qonaq edilib, milli mətbəximizdən təamlardan dadıblar.

Bundan başqa, ekofəalların hər birinə bayram hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Novruz şənliyi konsert proqramı ilə davam etdiriləcək. Bayram münasibətilə təşkil olunacaq konsert proqramında Xalq artisti Röya Ayxan, müğənnilər Hiss, Nuri Sərinləndirici çıxış edəcəklər. /Qafqazinfo/