Dünyanın ən "təhlükəli" bitkisi
Maraqlı
Botanika dünyasında ən təhlükəli bitki hesab edilən "Gympie-Gympie" bitkisi illərdir insanların ən çox qorxduğu bitkidir.
News24.az xəbər verir ki, İngiltərədə yaşayan bir müəllim bu nadir və çox zəhərli bitkini evində yetişdirməyə başlayıb və bu qərar geniş müzakirələrə səbəb olub.
"Gympie-Gympie" Avstraliya və Malayziya yağmur meşələrində bitən, görünüşcə adi ot kimi olsa da, toxunduqda şiddətli ağrı verir. Bitkinin üzərini örtən mikroskopik tikanlar dəri ilə təmasda şiddətli sancma və "elektrik vurması" kimi hiss yaradır.
Hətta saniyələrlə belə baş verən təmas nəticəsində yaranan ağrı həftələr, aylar, bəzi hallarda isə illər boyu davam edə bilər.