Tərtərdə dərəyə yuvarlanan tələbə həlak olub
    • 22-03-2023, 21:32
    • 219

Tərtərdə dərəyə yuvarlanan tələbə həlak olub

Tərtərdə Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, universitetin Fizika fakültəsinin I kurs tələbəsi Şirinzadə Allahverdi dünən Tərtərdə ehtiyatsızlıqdan dərəyə yuvarlanıb və başından ağır zərbə alaraq dünyasını dəyişib.