Bakıda faciə: iki tələbə öldü - fotolar
    • 26-11-2019, 13:12
    • 1 365

Bakıda faciə: iki tələbə öldü - fotolar

Bakıda tələbə zəhərlənmə nəticəsində dünyasını dəyişib.
İqtisad Universitetinin 4-cü kurs tələbəsi Məhyəddinov Ramil Adil oğlu Sabunçu rayonu ərazisində yaşadığı mənzildə dəm qazından zəhərlənib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır. /publika/

***
Ötən gecə AzMİU-nun İnşaat fakültəsinin II kurs tələbəsi Anar Musayev isə yol qəzasında həlak olub.
News24.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.
Allah rəhmət eləsin!