Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir- Vüsal Murtuzəliyev
    • 23-03-2023, 11:54
    • 249

Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir- Vüsal Murtuzəliyev

Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbər şayiədir.

News24.az xəbər verir ki, bu barədə əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib.

"Rəy verilib ki, ürəyində problem olub. Amma ürəyindən əməliyyat olunmayıb, yalandır, şayiədir. Avtomobili idarə edən zaman, sükan arxasında bir anlıq huşunu itirib. Daha sonra qəza baş verib", - V.Murtuzəliyev bildirib.

V.Murtuzəliyev bacısı Dilarə Əliyevanın səhhətindən də danışıb: "Dilarə şok vəziyyətindədir. Evdədir, onu da təcili yardım maşını gətirib. Xəsarəti yoxdur".

Vüsal Murtuzəliyev Oqtay Əliyevin harada dəfn olunacağını da açıqlayıb: “Daha öncə fikrimiz onu Mehdiabad məzarlığında dəfn etmək idi, çünki onun nənəsi həmin yerdə dəfn olunub. Bacım Dilarə dedi ki, Oqtay Əliyev hörmətli adamdır, fəxri titulu var, ona görə də onun "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını istəyir. Mədəniyyət Nazirliyindən dəfnlə bağlı cavab gözləyirik", - Vüsal Murtuzəliyev bildirib.