Vüsalə yazılan tənqidlərə cavab verib, ağladı - VİDEO
    • 24-03-2023, 11:09
    • 468

Vüsalə yazılan tənqidlərə cavab verib, ağladı - VİDEO

"Özümə qadağa qoymşam ki, haqqımda paylaşılanlardakı şərhləri oxuyum. Təsadüfən baxdım, amma nə qədər içi çirkinləşmiş, axirətini bilməyib danışan, düşünən insanlar var… Təəssüf hissi ilə deyirəm ki, tapdığınız qüsurları, bilmədən yuduğunuz bbalları öz dəftərinizə yazırsınız. Əməl dəftəriniz yüklənir, bu çox ağırdır, bununla axirətə getmək çox çətindir. İnsanları olduğu kimi qəbul edin, sevməyə bilərsiniz".

News24.az
xəbər verir ki, bu sözləri aparıcı Vüsal Əlizadə "7 canlı" verilişində deyib. O, sosial şəbəkədə ünvanına yazılan təhqirlərə cavab verib:

"Televiziyanın məsuliyyətini, ağırlığını kimsə bilməz. Mən bəlli bir şeylər yaşamışam. Bunu çox böyük acı ilə deyirəm ki, qəza mənim də həyatımın ən ağır tərəfidir. "7 canlı" heyəti bu hadisəni efirdən əvvəl məndən gizlətdi. Çünki bilirdilər ki, nə qədər acı çəkə bilərəm, nə yaşaya bilərəm (ağlayır). Efir formatı, veriliş mənim durumuma bağlı olduğu üçün komanda bunu məndən gizlətdi. Efirin bitməyinə az qalmış bu məlumat verildi və informasiyanı olduğu kimi çatdırmalıyam. İnformasiyaçıyam, mənim işim, borcumdur. Redaktor qulaqlıqla məlumatı verir. Bunu belə iyrənc həddə gətirib, mənim çəkdiyim acıya qatıb-qarışdırıb, yaşadıqlarıma şərhlər verib yazan insanlar çox acizsiniz, heyif. Əməl dəftərinizə çox yük yığırsnız. Həyat çox gözəldir, nə olar sevgi ilə yanaşaq".

Qeyd edək ki, Vüsalə Əməkdar mdəniyyət işçisi Oqtay Əliyevin qəzada dünyasını dəyişməsi xəbərini efirdə verdiyi anın videosu sosial şəbəkədə tənqid edilib.//axşam.az