-
- 22-08-2018, 19:45
- 2 302
Daha bir aparıcı "Lider" TV-dən ayrıldı
"Lider" TV-nin "7 gün" verilişində aparıcılıq edən Arzu Həmzəyeva telekanalla yollarını ayırıb.
Bu haqda aparıcının özü məlumat verib. Atasının vəfatından sonra ağır günlər keçirən aparıcı onun vəziyyətindən istifadə edənlərin olduğunu deyib:
"Çoxları məndən soruşduğu üçün bu açıqlamanı etməyi özümə borc bildim. Bəlkə də çoxları bilmirdi, amma mən "Lider" TV-də yayımlanan "7 gün" verilişinin layihə rəhbəri idim. Artıq bu işbirliyi dayanıb. Çünki hər insan ağır gün yaşaya bilər. O günü də hazırda mən yaşayıram. Atamı itirdim və çoxları da bundan istifadə etdi. O insanlara aciz, cılız kimi baxıram. Bədbəxt insanlar düşünmədi ki, mənim üçün heç bir fərqi yoxdur. Başqa kanalda, heç bilmədiyiniz Arzunu gözləyin. Sizi sevirəm".