ABŞ-da “R.M. Palmer Company” şirkətinin şokolad fabrikində partlayış və yanğın baş verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Pensilvaniya ştatının Uest-Redinq şəhərində baş verən hadisə zamanı azı 2 nəfər ölüb, 9 nəfər isə itkin düşüb.
Partlayış zamanı fabrikin binası dağılıb.