Aygün Bəylər qızından danışıb ağladı - VİDEO
    • 25-03-2023, 11:26
    • 720

Aygün Bəylər qızından danışıb ağladı - VİDEO

"Sənətimə, evimə, övladıma qayıdıb gəldim. Artıq yaxşıyam".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Səhər mərkəzi" verilişində deyib. Xanəndə bir neçə ay əvvəl Prezident İlham Əliyevin ona ev hədiyyə etməsindən danışıb:

"Bu işdə Leyla Quliyeva (aparıcı -red.) mənə əl tutdu, onu o qədər narahat edirdim ki... Sənəd işlərində kömək oldu. Özü də zəng edirdi, filan yerə getmək lazımdır. Deyirdim ki, utanıram, səni necə narahat etdim. Ağır vaxtlarımda mənə dəstək oldu. Xəstəliyim ərəfəsində də Leyla mənə yardım etdi. Heydər Əliyev Fonduna müraciət etdik. Mənim müalicə üçün imkanım yox idi,  xalqın içində olan adamam. Prezidentə, Birinci xanıma çox sağ ol deyirəm, mənim əziyyətimi dəyərləndirdilər".

Qızından danışan A.Bəylər göz yaşlarını saxlaya bilməyib:

"Ev xəbərindən sonra evə gedəndə Canan məni qucaqladı, kövrəldi. Sevinc göz yaşları idi. Qızım böyüyüb 12 yaşı olacaq. Onun adını çox çəkmək istəmirəm. Qorxuram Allah bizi tez ayırar".//axşam.az