Cəlilabadda yol qəzası: xəsarət alanlar var
    • 17-07-2022, 00:51
    • 521

Cəlilabadda yol qəzası: xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Avtomobilin aşması nəticəsində sərnişin, rayon sakini, 1975-ci il təvəllüdlü S.İsayeva və sürücü xəsarət alıb. /Report/