Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi Dünya
Türkiyəli məşhur aktyor İsmayıl Köksal Engür 77 yaşında dünyasını dəyişib.

News24.az "Hürriyet"ə istinadla xəbər verir ki, sənətçinin vəfatı ilə bağlı aktyor Cengiz Bozkurt sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, sənətçi böyrək çatışmazlığından vəfat edib. 

Xatırladaq ki, aktyor "Kurtlar vadisi", "Dudaktan kalbe", "Leyla ile Mecnun", "Kırmızı oda" kimi məşhur seriallarda unudulmaz obrazlar yaradıb.

Qumral Əliyeva 
Məşhur aktyor dünyasını dəyişdi