Tələbə bacılar dəm qazından zəhərləndi
    • 27-03-2023, 16:08
    • 280

Tələbə bacılar dəm qazından zəhərləndi

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.

News24.az xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.