BMT-nin proqnozu alt-üst oldu – Əsrin sonuna qədər Yer kürəsində...
    • 27-03-2023, 23:34
    • 374

BMT-nin proqnozu alt-üst oldu – Əsrin sonuna qədər Yer kürəsində...

Keçən il dünya əhalisinin sayı 8 milyard həddini keçib. Amma iqtisadi inkişaf, təhsil və tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsi doğum səviyyəsinin azalmasına səbəb olur.

Bu barədə “Sky News”un yeni araşdırmasında deyilir.

Tədqiqatçılara görə, əgər dünya indi olduğu istiqamətdə hərəkət edərsə, planetin əhalisi 7 milyarda qədər azala bilər.

Mütəxəssislərin fikrincə, ifrat yoxsulluq aradan qaldırılarsa və uğurlu iqtisadi inkişaf siyasəti qəbul olunarsa, Yer kürəsinin əhalisi 2040-cı ildə pik həddə - 8.5 milyarda çata, sonra isə 2100-cü ilə qədər ciddi şəkildə azala bilər.

Mövcud iqtisadi tendensiyalara görə, əhalinin sayı 2100-cü ildə 7 milyarda enməzdən əvvəl 2050-ci ildə 8.6 milyarda çatacaq.

Təhsil və səhiyyəyə böyük investisiyalar, ərzaq və enerji təhlükəsizliyi, qeyri-bərabərlik və gender bərabərliyi ilə bağlı qeyri-adi siyasət dəyişiklikləri olarsa, əsrin sonuna qədər əhalinin sayı 6 milyarda düşə bilər. Bu ssenari “Nəhəng Sıçrayış” adlanır. /Teleqraf.com/