15 noyabrda Yer əhalisini nə gözləyir - BMT AÇIQLADI
    • 12-07-2022, 15:40
    • 415

15 noyabrda Yer əhalisini nə gözləyir - BMT AÇIQLADI

Noyabrın 15-də Yer kürəsinin əhalisinin sayı 8 milyard nəfər olacaq.

News24.az-ın məlumatına görə, bu barədə BMT-nin müvafiq hesabatında bildirilib.

Hesabata əsasən, Hindistan dünyada əhalisi ən çox olan ölkə statusu alacaq.  Məlumata əsasən, əhali sayının artmasına səbəb uzunömürlülüyün artması, uşaq və ana ölümlərinin sayının azalması, səhiyyə sahəsindəki uğurlu siyasətdir. Əslində 1950-ci ildən bəri Yer kürəsində ən aşağı populyasiya bu il qeydə alınıb. Son 10 ildə əksər ölkələrdə doğumların sayı xeyli azalıb.

BMT-nin hesabatına əsasən, 2030-cu ildə  Yer əhalisinin sayı 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2080-ci ildə 10,4 milyard olacaq və 2100-cü ilə qədər bu səviyyə qorunacaq. Konqo, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Tanzaniya və Filippin əhali sayının  çoxluq təşkil etdiyi ölkələr olacaqlar.