-
- 28-03-2023, 10:38
- 261
14 yaşlı uşağa görə 5 POLİS SAXLANILDI - FOTO
14 yaşlı uşağa işgəncə verən 5 polis əməkdaşı saxlanılıb.
News24.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Diyarbakırın Lice bölgəsində keçirilən Novruz tədbirləri zamanı 5 polis əməkdaşı 14 yaşlı oğlanı döyüb. Martın 21-də şiddətə məruz qalan şəxs şəhər mərkəzindəki xəstəxanaya müraciət edib və müalicəsindən bir gün sonra evə buraxılıb.
Hadisə ilə bağlı saxlanılan şəxslərdən ikisi daha sonra sərbəst buraxılıb.
Lakin Lice Prokurorluğu saxlanılan polislərdən 2-nin sərbəst buraxılmasına etiraz edib.
Prokurorluğun etirazından sonra Lice Asliye Cəza Məhkəməsi sərbəst buraxılan iki polis məmurunun həbsinə qərar verib.
Qeyd edək ki, istintaq çərçivəsində saxlanılaraq ötən gün məhkəmə binasına gətirilən 5 polis əməkdaşından 3-ü həbs edilmişdi. /NTV Türkiye/
Teymur MƏMMƏDOV