Zəlzələdə dağılan binalarla bağlı 13 nəfər həbs edildi
    • 17-02-2023, 12:21
    • 251

Zəlzələdə dağılan binalarla bağlı 13 nəfər həbs edildi

Malatyada zəlzələ nəticəsində dağılan binalarla bağlı indiyədək 13 nəfər həbs edilib.

News24.az Anadolu Ajansına istinadən xəbər verir ki, Malatyada baş verən zəlzələdə dağılan binalarla bağlı aparılan istintaq çərçivəsində indiyədək saxlanılan 40 nəfər saxlanılıb.

Barəsində həbs qətimkan tədbiri seçilən 48 şübhəlidən 40-ı saxlanılıb. Polis bölməsindəki əməliyyatlardan sonra məhkəmə binasına köçürülən şübhəlilərdən 13-ü həbs edilib, 17-si məhkəmə nəzarəti şərti ilə, 6-sı isə prokurorluq tərəfindən sərbəst buraxılıb.

Digər 4 şübhəlinin istintaqı davam etdirilir.

Humay İsgəndərova