ABŞ-da matəm elan edildi
    • 28-03-2023, 10:39
    • 141

ABŞ-da matəm elan edildi

ABŞ prezidenti Co Bayden silahlı hücumda üçü uşaq olmaqla altı nəfərin həlak olmasından sonra hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla bütün ictimai binalarda bayraqların yarıya endirilməsi əmrini verib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın xaricdəki bütün səfirlikləri, konsulluqları, hərbi bazaları və donanma məntəqələrində bayraqlar eyni tarixə qədər yarıya endiriləcək.

Xatırladaq ki, ABŞ-ın Tennessi ştatının Nashville şəhərində özəl xristian məktəbi olan "The Covenant"a silahlı hücum nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub.

Qumral Əliyeva