ABŞ-da  ibtidai məktəbə silahlı hücum olub, 19 şagird həyatını itirib
    • 25-05-2022, 10:45
    • 280

ABŞ-da ibtidai məktəbə silahlı hücum olub, 19 şagird həyatını itirib

ABŞ-ın Texas ştatında ibtidai məktəbə silahlı hücum olub.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində 19 şagird və 2 müəllim həyatını itirib.

Hücumçunun 18 yaşlı Salvador Ramos olduğunu açıqlanıb. Abbott Ramosun Uvalde Liseyində oxuduğunu və yaşadığını açıqladı.

Texasdakı qırğından sonra ABŞ prezidenti Co Bayden mayın 28-də bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib.