Xalq artistinin son durumu: “Hazırda hospitaldadır”
    • 28-03-2023, 17:52
    • 627

Xalq artistinin son durumu: “Hazırda hospitaldadır”

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb.

News24.az-ın məlumatına görə, Vüsal Murtuzəliyev teleqraf.com-a açıqlamasında deyib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır:

"Mehriban Zəkini xəstəxanada ziyarət edirik, tez-tez danışırıq. İnşallah, yavaş-yavaş düzələcək. Xəstəxanadan nə zaman çıxacağı bilinmir. Hələ müalicələri davam edir. Qolunda və qabırğasında çat var”.

O, bacısı Dilarə Əliyeva barədə belə deyib: "Toparlanmağa, özünə gəlməyə çalışır”.

Vüsal Murtuzəliyev qəza zamanı dünyasını dəyişən Oqtay Əliyevin ölüm səbəbinin araşdırılmasından da danışıb:

"Hələ analizlərin cavabı məlum deyil. Yaxın günlərdə bilinəcək”.