“İstənilən deputatdan güclüyəm” - Faiq Ağayev ilə MÜSAHİBƏ- VİDEO
    • 28-03-2023, 18:09
    • 4 917

“İstənilən deputatdan güclüyəm” - Faiq Ağayev ilə MÜSAHİBƏ- VİDEO

“Sənətə şəxsi həyatımı göstərməyə gəlməmişəm. Onları göstərənlər sənəti olmayanlardır. Baxırsan, ya mahnısı tutmur, ya 15 ildir mahnı yazdırmır, amma hər gün efirdədir. Bax, elələri "efir meymunlarıdır.”. 

Bu sözləri News24.az-a müsahibəsi zamanı Faiq Ağayev deyib. 

İlklərə imza atan Xalq artisti gənc nəsil müğənnilər, küsülü olduğu məşhurlar və şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib. 

“Deputat olmaq, siyasətə qatılmaq istəyirsinizmi” sualına isə Xalq artisti özünəməxsus tərzdə cavab verib: “İstənilən deputatdan güclüyəm. Gəlsin biri Heydər Əliyev Sarayını doldursun, arxası ilə o qədər kütləni aparsın. Mənim siyasətim oxumağımdır. Seçki zamanı deputatlar bizə müraciət edir ki, seçicilərə şirin görünsünlər. Həyatımın hansısa dönəmində siyasətə qatıla bilərəm. Amma cari planlarıma daxil deyil”. 

Müsahibəni təqdim edirik:

Könül İBRAHİM
Nicat NİFTƏLİYEV