Qüdrət Həsənquliyev: “Fazil Mustafa maşının qapısını açıb düşdüyü anda güllələnib”
    • 28-03-2023, 23:48
    • 262

Qüdrət Həsənquliyev: “Fazil Mustafa maşının qapısını açıb düşdüyü anda güllələnib”

“Millət vəkilinə atəş açılması ağır hadisədir”.

Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

O qeyd edib ki, hadisə F.Mustafanın evinə çatdığı zaman maşının qapısını açıb düşdüyü anda baş verib.

“Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasın alacaq. Azərbaycanda ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu, iyrənc bir terror aktıdır”, - millət vəkili qeyd edib. /Oxu.Az/