-
- 29-03-2023, 10:02
- 275
Qazaxıstan hökuməti istefa verdi
Qazaxıstan hökuməti Məclisin (parlamentin aşağı palatası) yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib.
News24.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qasım-Jomart Tokayev Nazirlər Kabinetinə hökumətin yeni tərkibi təsdiq olunana qədər vəzifələrini icra etməyi tapşırıb.
Məclisdə təmsil olunan partiyalarla görüşün nəticələrinə əsasən, Qazaxıstan prezidenti baş nazirin namizədliyini parlamentə təqdim edəcək.
Onun təsdiqindən sonra baş nazir deputatlarla məsləhətləşərək nazirləri təyin edəcək.
Teymur MƏMMƏDOV