İtaliyada kimyəvi zavodda güclü yanğın
    • 29-03-2023, 14:03
    • 170

İtaliyada kimyəvi zavodda güclü yanğın

İtaliyanın Novara şəhərində kimyəvi zavodda güclü yanğın baş verib.

News24.az xəbər verir ki, yanğının "Kemi srl" kimya zavodunda olduğu bildirilir. 

Ərazidə partlayış səsləri də eşidilib.

Yanğınla əlaqədar kimya zavodunun yerləşdiyi ərazi ehtiyat tədbiri olaraq boşaldılıb. Novara meri sakinlərə pəncərələri bağlı saxlamağı, evdə qalmağı və çox zərurət olmadıqca çölə çıxmamağı tövsiyə edib.

Hazırda yanğın yerində bir neçə yanğınsöndürmə briqadası və polis işləyir. Bundan əlavə, havanın keyfiyyəti yoxlanılır.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmadığı məlum olub.

Hazırda yanğının səbəbləri araşdırılır. /La Repubblica/

Teymur MƏMMƏDOV