Azərbaycanlı məşhurlar Sevgililər Günündə bir araya gələcək - "Eşqimiz"
    • 5-02-2019, 18:23
    • 1 290

Azərbaycanlı məşhurlar Sevgililər Günündə bir araya gələcək - "Eşqimiz"

İş xanımı Leyla Misirova və rejissor Nail Naiboğlunun təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında növbəti konsert proqramı baş tutacaq.

News24.az xəbər verir ki, 14 fevral Sevgililər Gününə təsadüf edəcək “Eşqimiz” adlı konsert 19:00-da start götürəcək.

Tamaşaçılara sürpriz dolu gecə yaşatmağa hazırlaşan təşkilatçılar bu dəfə səhnə dekorunun və quruluşunun fərqli olacağını açıqlayıb:

“Konsertə bilet alan sevgili cütlüklər biletin şəklini çəkib “instagram” hesabında paylaşmalı, Nail Naiboğlu və Leyla Misirova səhifələrini işarələməlidirlər.

Bununlada onlar konsert zamanı oynanılacaq lotoreyada iştirak edəcək, konsertin baş sponsoru “Bompani”dən qiymətli hədiyyələr və “Bakı gecələri” ailəvi restoranından 2 nəfərlik romantik  şam yeməyi qazanacaq.

Gecədə əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Nadir Qafarzadə, Ayşən Mehdiyeva, türkiyəli ulduzlar Ravza Esin Kara, Sedat Yeğin, rəqqasə Renka çıxış edəcək”.

Qeyd edək ki, “Eşqimiz” konsertinin biletlərini şəhərin kassaları və İticket.az saytından 10-25 AZN arası əldə etmək mümkündür.

Teymur MƏMMƏDOV