Azərbaycanlı iş xanımı və rejissordan sevgililərə hədiyyə - FOTO - VİDEO
    • 13-02-2019, 12:43
    • 939

Azərbaycanlı iş xanımı və rejissordan sevgililərə hədiyyə - FOTO - VİDEO

İş xanımı Leyla Misirova və rejissor Nail Naiboğlunun təşkilatçılığı ilə 14 fevral tarixində Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq "Eşqimiz" adlı konsertdə tamaşaçıları sürprizlər gözləyir. 

News24.az xəbər verir ki, bu haqda gecənin rejissoru N.Naiboğlu məlumat verib. O, həmçinin qeyd edib ki, məşqləri davam edən konsertin bir sürprizi də rəqqasə Renka Ağamuradovanın yeni klipinin təqdimatıdır. Rejissor konsertə qatılan tamaşaçıların Renkanın eksklüziv oriental şousuna da şahid olacağını deyib. 

Qeyd edək ki, "Eşqim" konsertinin biletləri şəhərin kassaları və iticket.az saytında 10-25 AZN arası satılır. 

Teymur MƏMMƏDOV