Azərbaycanlı iş xanımı kimsəsiz uşaqları ziyarət etdi - FOTO
    • 9-02-2019, 12:07
    • 1 137

Azərbaycanlı iş xanımı kimsəsiz uşaqları ziyarət etdi - FOTO

Fevralın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq "Eşqimiz" adlı konsert ərəfəsində, iş xanımı Leyla Misirova və rejissor Nail Naiboğlu Nizami rayonunda yerləşən 1 saylı uşaq evini ziyarət ediblər.

News24.az xəbər verir ki, Riyad Mühafizə Xidmətinin təşkil etdiyi xeyriyyə aksiyasında Hacı Nuran Hüseynov da iştirak edib.

Rejissor və iş xanımı valideyn sevgisindən məhrum olan körpələrə qayğı göstərib və məktəb ləvazimatları hədiyyə ediblər. Leyla Misirova bildirib ki, konsertdən gələn gəlirləri xeyriyyə işlərinə sərf edəcək.

Bir daha qeyd edək ki, Leyla Misirova və Nail Naiboğlunun növbəti konsert layihəsi 14 fevral saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.