-
- 29-03-2023, 15:35
- 644
Bakıda qardaşının 15 yaşlı baldızı ilə cinsi əlaqədə oldu, həbs edildi
Bakıda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan Lerik sakini, 1998-ci il təvəllüdlü Arzuman Lətifov həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 152-ci (Yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Arzuman məhkəmə qarşısına çıxarılıb.
Məhkəmədə bildirilib ki, Arzuman daha əvvəl də məhkum edilib və məhkumluğu tam ödənilməyib.
O, paytaxt ərazisində qardaşı arvadının yetkinlik yaşına çatmayan bacısı Günel (şərti adlı) ilə intim münsibət qurub. Arzuman 15 yaşlı Günellə
evlənəcəyini bildirərək onunla birgə yaşamaq üçün kirayə ev də tutub.
Cinayət işinin materiallarına Sabunçu rayon Məhkəməsində baxılıb. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə yeniyetmə qız evdən qovulduğu üçün Arzumanla birgə yaşadğını deyib: “2020-ci ilin iyun ayından bacım Rövşanə (ad şərtidir) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan nənəmin evində qalırdı. Mənimlə qardaşım isə Biləcəridə anam və atamın yanında yaşayırdıq. Sonra qardaşımla və mən də nənəmgilə köçdük. Həmin müddətdə bacım Yunsur adlı oğlanla görüşürdü, sevgili idilər. 10 sentyabr 2020-ci il tarixdə o, evi tərk edib Yunsurla yaşamağa başladı.
Bu barədə nə anama, nə də atama bir söz demədik. Sonradan anam hadisədən xəbər tutdu. Anamla mən bir neç dəfə bacımgilə gedib-gəldik. O ərəfədə Yunsurun qardaşı Arzumanla tanış oldum və onunla danışmağa başladım. 10 dekabr 2020-ci il tarixdə atam bizi evdən qovdu və Biləcəridəki evimizi satdı. Bundan sonra təməlli nənəmgilə köçüm. 11 dekabr 2020-ci il tarixdə Arzumana zəng vurub atamın məni evdən qovduğunu, qalmağa yerimin olmadığını dedim. Üstəlik bildirdim ki, əgər məni həqiqətən də istəyirsə, gəlib aparsın. O da səhəri gün gəlib məni tutduğu apardı. Mən məktub yazıb nənəmgildə çarpayının altına qoydum. Arzumanla birgə onun Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində kirayə tutduğu evdə ər-arvad kimi yaşamağa başladıq”.
Sabunçu rayon Məhkəməsinin hökmü ilə 15 yaşlı qızla mütəmadi cinsi əlaqədə olan Arzuman Lətifova 1 il 6 ay müddətinə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi qeyd edilib.
Taleh BAĞIROV