-
- 30-03-2023, 09:30
- 260
Yaponiya Ukraynaya 470 milyon dollarlıq yardım paketi ayırdı
Yaponiya hökuməti Ukraynaya 470 milyon dollarlıq humanitar yardımın yeni paketini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, vəsait hərbi əməliyyatlardan sonra ərazilərin minalardan və dağıntıların təmizlənməsi üçün lazım olan texnikaya yönəldiləcək.
Bundan əlavə, ayrılan pul infrastrukturun, o cümlədən kənd təsərrüfatının bərpasında istifadə ediləcək.
“Yaponiya beynəlxalq ictimaiyyət, o cümlədən G7 ölkələri ilə əməkdaşlıq edərək, çətinliklərlə üzləşən Ukrayna xalqını dəstəkləməyə və yanında olmağa davam edəcək” - deyə bəyanatda qeyd edilib. /iz.ru/
Teymur MƏMMƏDOV