-
- 27-12-2022, 19:27
- 358
İsveç Ukraynaya yeni maliyyə yardımı ayırıb
İsveç Ukraynaya əlavə olaraq təxminən 19,2 milyon ABŞ dolları ayırıb. Vəsait müdafiənin dəstəklənməsinə sərf olunacaq.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, ayrılan vəsait Böyük Britaniyanın rəhbərliyi altında fəaliyyət göstərən Ukraynaya Beynəlxalq Dəstək Fonduna yönəldiləcək və Ukraynanın hərbi potensialının gücləndirilməsinə xərclənəcək.
“Ukrayna xalqının azadlığı və müstəqilliyi təhlükəsiz və qorunan Avropa üçün ilkin şərtdir”, - İsveçin Baş naziri Ulf Kristersson deyib.
Xatırladaq ki, daha əvvəl İsveç hökuməti Ukraynaya 9-cu hərbi yardım paketini təsdiqləyib. Bu, əvvəlkindən 1,5 dəfə böyükdür.