-
- 23-01-2023, 11:32
- 342
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir
Yaponiyanın baş naziri Fumio Kisida ölkələr arasında çətin münasibətlərə baxmayaraq, Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyini açıqlayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fumio Kisida parlamentin aşağı palatasının plenar iclasında çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, Yaponiya Nazirlər Kabineti, Ukrayna münaqişəsinə görə Rusiya və Yaponiya arasında çətin münasibətlərə baxmayaraq, ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş öz siyasətini davam etdirir: ""Yaponiya-Rusiya münasibətlərində Ukraynaya görə çətin vəziyyət yaranıb. Bununla belə, Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətinə sadiq qalmağa davam edəcək". /Rent Tv/
Teymur MƏMMƏDOV