-
- 30-03-2023, 16:03
- 332
Şamaxıda 18 əsr əvvəl yaşamış insanın xarici görünüşünü bərpa etdilər – BİR İLK
Alimlər Şamaxıda 18 əsr əvvəl yaşamış insanın ilk dəfə olaraq xarici görünüşünü bərpa ediblər.
News24.az sfera.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı tarixçi Rizvan Hüseynov paylaşıb.
R.Hüseynov qeyd edib ki, Moskva Universitetinin Antropologiya nəşrinin XXIII seriyasında eramızın ilk əsrlərində Şamaxıda yaşamış insanın kəllə sümüyünün görünüşünün rekonstruksiyasının nəticələrini əks etdirən unikal foto nəşr olunub.
Tarixçi deyib ki, bu məlumat nəinki Azərbaycan, həm də Zaqafqaziya bölgəsi üçün unikaldır:
“Kəllə sümüyü 1949-cu ildə Şamaxı rayonunda arxeoloji ekspedisiya tərəfindən aşkar edilib və Azərbaycanda ən çox yayılmış antropoloji tip olan Xəzər irqi yarımtipinə aid olan erkən orta əsrlərdə yaşamış 30-37 yaşlı kişinin kəllə sümüyü kimi təsnif olunub. Radiokarbon və genetik analizin ən son üsulları, eləcə də kranioloji rekonstruksiya kəllə sümüyü tapılan insanın Şamaxıda 206-347-ci illərdən gec olmayaraq yaşadığını göstərir. Kəllə sümüyü tapılan şəxs genetik və antropoloji cəhətdən müasir azərbaycanlılara ən yaxın olanıdır”.