Hindistanda məbəd uçdu: 8 nəfər öldü, 25 nəfər quyuya düşdü
    • 30-03-2023, 19:57
    • 196

Hindistanda məbəd uçdu: 8 nəfər öldü, 25 nəfər quyuya düşdü

Hindistanın Madhya Pradeş ştatının İndor şəhərində hindu məbədinin dam örtüyünün uçması nəticəsində ən azı 8 nəfər ölüb.

News24.az
AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Məlumata görə, məbədin döşəməsi çökdüyündən 25-ə yaxın dindar ayinlərin icrası üçün nəzərdə tutulan quyuya düşüb. İnsanların quyuda qaldıqlarına və məbəddə xilasetmə əməliyyatının davam etdiyinə dair məlumat yayılıb.

Vurğulanıb ki, hadisə yerində xilasedicilər 8 ölü çıxarıb, 10 nəfəri xilas ediblər.