62 yaşlı qadın xəbərləri izlədikdən sonra quyuya tullandı
    • 7-06-2021, 09:48
    • 441

62 yaşlı qadın xəbərləri izlədikdən sonra quyuya tullandı

Ukraynanın Çerkassı bölgəsində təqaüdçü televizorda xəbərləri izlədikdən sonra özünü quyuya atıb.

News24.az xəbər verir ki, qadının bu addımı atmasına səbəb düşmənin hücuma keçdiyini düşünməsi olub. 

62 yaşlı qadının quyudan xilasedicilər və qonşuları çıxarıb. Onun sol bud və sağ dizində qırıqlar olduğu bildirilir. 

Onun həmin quyuda 1 sutkadan artıq qaldığı deyilir.