Yardımlı rayon sakini quyuya düşdü
    • 29-12-2022, 13:10
    • 264

Yardımlı rayon sakini quyuya düşdü

Yardımlı rayon sakini quyuya düşüb.

News24.az
xəbər verir ki, hadisə Yardımlı rayonunun Gavran kəndində qeydə alınıb. 30 yaşlı bir nəfərin 70-80 metr dərinliyində quyuya düşdüyü bildirilir.

Hadisə yerinə FHN-in xüsusi riskli xilasetmə qrupu cəlb olunub.

Quyuya düşən şəxsin çıxarılması istiqamətində işlər aparılır.