Ermənistan parlamentində deputat həmkarını döydü
    • 31-03-2023, 13:36
    • 189

Ermənistan parlamentində deputat həmkarını döydü

Ermənistan parlamentində gərginlik olub.

News24.az xəbər verir ki, bu barədə ölkənin yerli mətbuatı məlumat yayıb.

“Hayastan” fraksiyasından olan deputat Mqer Saakyan parlament komissiyasında qapalı müzakirə zamanı hakim “Mülki müqavilə” fraksiyasının üzvü Vladimir Vardanyana hücum edib.

Məlumatda bildirilib ki, Saakyan komissiyanın sədrini vurub, ona bədən xəsarətləri yetirib.

Daha sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.