-
- 24-08-2021, 15:42
- 531
Ermənistan parlamentində deputatlarla mühafizəçilər arasında əlbəyaxa dava - VİDEO
Ermənistan parlamentində müxalifət fraksiyalarının üzvləri ilə parlamentin təhlükəsizlik xidməti arasında dava düşüb.
News24.az xəbər verir ki, davaya səbəb "Şərəfim var" partiyasının deputatı Anna Mkrtçyanın baş nazir Nikol Paşinyanı "kapitulyant" - "təslim olmuş" adlandırması olub.
Deputat çıxışı zamanı baş nazirə müraciət etməyib, əvəzində isə onun bütün səhvlərini sadalamağa başlayıb.
O, Paşinyanın çox sayda mühafizəçi ilə görüş otağına gəldiyiniə də xüsusi vurğulayıb.
Onun çıxışını isə parlamentin spikeri Alen Simonyan kəsməyə çalışıb. Simonyan əvvəlcə deputatın mikrofonunu söndürüb, daha sonra isə ona zalı tərk etməyə göstəriş verib. Anna Mkrtçyansa bundan imtina edib. Nəticədə Simonyan mühafizəçiləri köməyə çağırıb.
"Ermənistan" və "Şərəfim var" bloklarının deputatları Mkrtçyanı mühasirəyə alaraq mühafizəçilərin ona yaxınlaşmasına imkan verməyiblər.
İclasa 20 dəqiqəlik fasilə verilib.
Bundan sonra parlamentdə bir qrup deputatla təhlükəsizlik xidməti arasında dava düşüb. Bəzi millət vəkilləri "Nikol xain" deyə qışqırıblar.