-
- 31-03-2023, 15:13
- 242
Antibiotiklərin istifadəsini müəyyən qədər məhdudlaşdırmaq lazımdır
Antibiotiklərin istifadəsini müəyyən qədər məhdudlaşdırmağımız lazımdır.
News24.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. O, infeksion nəzarət sistemində antibiotiklərin vurulması barədə danışarkən qeyd edib ki, antibiotiklər müalicədə çox böyük əhəmiyyət kəsb etsə də, günümüzdə onlardan çox geniş və sui-istifadə hallarına rast gəlinir:
“Son 30 ildə yeni antibiotik qrupları kəşf olunmayıb. Bununla yanaşı isə bakteriyaların, infeksiyaların davamlılığı və çeşidliliyi günü-gündən artır. Bu, bir qüsurlu dövran şəklindədir. Biz antibiotiklərdən istifadə etdikcə infeksiyalar da buna qarşı öz qorunma mexanizmlərini istifadə edir və davamlılıq qazanır. Nəticədə müalicə zamanı həmin antibiotiklərlə yaxşı nəticə ala bilmirik və məcburi şəkildə daha yüksək spektrli antibiotiklərdən istifadə edirik. Bununla da bütün antbiotik rezervlərimiz tükənmiş olur. Bu, bütün dünyada belədir. Hazırda dünya antimikrob rezidentliklə mübarizə aparır.
Biz nə qədər az infeksiyaya yoluxma halları müşahidə ediriksə, bir o qədər də antibiotiklərdən istifadənin qarşısını almış olarıq. Bunun eyni zamanda xəstələri maliyyə xərclərinin çoxluğundan və antibiotikdən çox istifadənin orqanizmə zərərləri təsirlərindən qorumuş olur”.