-
- 6-02-2019, 13:20
- 1 012
Bakıda TIR-la avtobus toqquşdu - yaralılar var
Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.
99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.
Nəticədə xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, onlardan 6-sı kişi, 4-ü qadındır.
Qurumdan qeyd olunub ki, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən yaralılardan 4 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: "Digər yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiyada şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta sabitdir".
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəyə uyğun olaraq daşıyıcı şirkətlə bağlı müvafiq tədbir görüləcək.
//Report