Nizamidə iki avtobus toqquşdu - 8 nəfər XƏSTƏXANADA
    • 5-11-2019, 10:00
    • 1 048

Nizamidə iki avtobus toqquşdu - 8 nəfər XƏSTƏXANADA

Nizami rayonu, 8-ci kilometr bazarının yanında, iki maaşrut avtobusu toqquşub.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə ilə bağlı Təcili Tibbi Yardıma məlumat saat 22:20- də daxil olub. Hadisə yerinə 5 briqada yollanıb. Ümumilikdə 8 nəfər xəstənaya yerləşdirilib. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. 3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Afaq Mirayiq