İsmayıllıda iki maşın toqquşdu, 1 nəfər xəsarət aldı
    • 31-03-2023, 18:43
    • 188

İsmayıllıda iki maşın toqquşdu, 1 nəfər xəsarət aldı

İsmayıllıda yol qəzası baş verib.

News24.az xəbər verir ki, “VAZ 2106” markalı maşınla “Mercedes Vita” toqquşub. Məticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü İsmayıllı sakini Cəmilli Orxan Fərhad oğlu ağır bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.