İsmayıllıda avtomobillər toqquşdu
    • 18-03-2023, 10:13
    • 326

İsmayıllıda avtomobillər toqquşdu

İsmayıllı rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə martın 18-i gecə saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Sarıbəy Nəsibovun idarə etdiyi "VAZ-21214" markalı avtomobillə Ağsu rayon sakini Sərxan Nağıyevin idarə etdiyi "VAZ-21011" markalı maşın toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də "VAZ-21011"də olan sərnişin Ramil Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.//report.az