İran Azərbaycana yeni səfir göndərir? - VİDEO
    • 2-04-2023, 15:18
    • 202

İran Azərbaycana yeni səfir göndərir? - VİDEO

SEPAH-ın “Telegram” kanalında İranın Azərbaycana yeni səfir göndərəcəyi ilə bağlı paylaşım edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Məlumatda deyilib:

“Əldə olunan məlumata görə, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçilu Azərbaycana yeni səfir təyin olunacaq”.
M.Dəmirçilu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib. Hazırda XİN-də İdarə rəisi postunu tutur.

Qeyd edək ki, SEPAH mediası Azərbaycan Respublikasını qərəzli şəkildə “Şimali Azərbaycan vilayəti” adlandırıb.