İlon Musk və "The New York Times" arasında mavi işarəyə görə gərginlik
    • 3-04-2023, 09:49
    • 178

İlon Musk və "The New York Times" arasında mavi işarəyə görə gərginlik

İlon Mask və "The New York Times" nəşri arasında "Twitter"-dəki mavi təsdiqləmə işarəsinə görə mübahisə baş verib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Twitter" aprelin 1-dən ödənişli abunəliyin qüvvəyə mindiyi açıqlayıb. Bundan sonra isə mavi işarələri olan hesablardan təsdiq nişanlarını silməyə başlayıb.

"The New York Times", bəzi digər təşkilatlar və məşhurlarla birlikdə mavi işarə üçün pul ödəməyəcəklərini bldirib. 

Qərar İlon Maskın tənqidinə səbəb olub. 

"Əsl faciə odur ki, onların təbliğatı belə maraqlı deyil" - deyə Mask vurğulayıb. 

Qeyd edək ki, "The New York Times" "Twitter"-də 55 milyon izləyicisi var.