Mask "Twitter"in ofisindəki əşyaları satır
    • 13-12-2022, 12:28
    • 200

Mask "Twitter"in ofisindəki əşyaları satır

İlon Mask "Twitter"in San-Fransiskoda yerləşən ofisində bəzi əşyaları hərraca çıxarmağa hazırlaşır. 

News24.az xəbər verir ki, 2023-cü ilin yanvarında keçirilməsi planlaşdırılan hərracda ofisdəki artıq əşyalarla yanaşı nəhəng "@" çiçək qabı və "Twitter"in simvolu olan mavi quş heykəlləri də satışa çıxarılacaq. 

"Twitter"in səlahiyyətli nümayəndəsinin verdiyi açıqlamada hərracın maliyyə vəziyyəti ilə bağlı olmadığını bildirib.

Qumral Əliyeva