-
- 3-04-2023, 12:21
- 397
5000 il əvvəl nəsli kəsilmişdi: Mamont DNT-sindən küftə hazırlandı - FOTOLAR
Hollandiyanın Nemo elm muzeyində nəsli kəsilmiş tüklü mamontun DNT-dən istifadə edilərək hazırlanmış nəhəng küftə nümayiş etdirilib.
News24.az xəbər verir ki, Avstraliyanın mədəni ət şirkəti "Vow" tərəfindən istehsal edilən küftələr, əsl ətə nisbətən daha davamlı alternativ kimi təsvir edilib.
"Vow"-un qurucusu Tim Noakesmit "Hal-hazırda əldə edə biləcəyiniz hər şeydən tamamilə fərqli bir şey ərsəyə gətirmək istədik. İqlim dəyişikliyi səbəbindən mamontların nəsli kəsilib. Hazırda ənənəvi ət təsərrüfatı qlobal istiləşmənin əsas səbəblərindən biridir. Beləliklə, mamont DNT-sindən istifadə edərək, ət istehsalının alternativ formalarının mümkün olduğunu göstərdik” deyib.
Küftələr miyoqlobin adlı mamont geni daxil edilmiş qoyun hüceyrələrindən hazırlanıb.
Bildirilib ki, miyoqlobin ətir, rəng və daddan ibarət məsuldur.
Bildirilib ki, əldə edilən mamont DNT ardıcıllığında bir neçə boşluq olub. Bunun üçün də, Afrika filinin DNT-si əlavə edilib.
"Bu küftənin tərkibindəki zülalın sözün əsl mənasında 5000 yaşı var. Normalda biz məhsullarımızın dadına baxar və onları dəyişərdik. Ancaq 5000 ildir mövcud olmayan bir zülaldan bəhs etdiyimiz üçün dərhal dadına baxmağa tərəddüd etdik. Bu zülala qarşı potensial allergenliyinin nə ola biləcəyi barədə heç bir fikrimiz yoxdur" - deyə şirkətdən bildirilib. /NTV Türkiye/