Mamontlar dirilir
    • 15-09-2021, 09:08
    • 892

Mamontlar dirilir

Amerikalı alimlər minilliklər əvvəl ölmüş mamontları diriltmək niyyətindədirlər.

News24.az xəbər verir ki, elm adamları heyvanları təbii yaşayış yerlərində məskunlaşmağı planlaşdırırlar. 

Mütəxəssislər bu iş üçün 15 milyon dollar vəsait də toplayıblar. 

Ancaq alimlər texniki problemlə üzləşiblər. Çünki orijinal mamontu diriltmək mümkün deyil. Heyvan qalıqlarından çıxarılan DNT ciddi şəkildə zədələnib. Buna görə də elm adamlar mamont və hind filinin hibridini yaratmaq istəyirlər. Bu hibrid mamontdan fərqlənməyəcək. 

Bildirilib ki, hind filinin genomunda heyvanın Arktikada yaşamasını təmin edəcək təxminən 50 dəyişiklik ediləcək. Eyni zamanda da mamontu fil dünyaya gətirəcək.