-
- 3-04-2023, 14:04
- 635
Rasim Balayevin Prezidentlə maraqlı xatirəsi: “...Gördüm ki, heykəltəraşlar ağardı”
Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə maraqlı xatirəsindən danışıb.
News24.az xəbər verir ki, bu barədə aktyor “Ötən günlər” proqramında qonaq olarkən açıqlama verib.
Balayev söyləyib ki, dahi şair Nəsiminin heykəlinin açılışı zamanı Ölkə başçısı ilə maraqlı dialoqları olub:
“Anar Rzayevin maşını ilə Nəsiminin heykəlinin açılışına gedirdik. Mən, Anar və Qabil İmamverdiyev idi. Ora çatanda gördüm ki, hamı pencəklə gəlib, mən də gödəkcə geyinmişəm. Fikirləşdim ki, yaxşı deyil,çünki Prezident kostyumla dayanıb, mən də gödəkcə ilə. Gödəkcəni çıxartdım, düşündüm ki, kimə verim, gördüm hamı nazirdir. Ona görə yenidən geyindim. İlham Əliyevin yanına yaxınlaşanda dedim ki, cənab Prezident, mən bir az xəstəyəm, bağışlayın. Dedi ki, eybi yoxdur. Sonra soruşdu ki, Rasim müəllim, sən canlı Nəsimisən, bu heykəl necədi? Heykəli də Fərhad Xəlilovun heykəltəraşları hazırlayıb. Prezidentin razılığını gözləyirlər ki, qonorar alsınlar. Desə ki, pisdi, bunlar batdı. Yaxşı olduğunu söyləsə, pulu alacaqlar. Dedim ki, cənab Prezident, çox yaxşıdır, amma... Belə deyəndə gördüm ki, heykəltəraşlar ağardı, yəni nə amma? Sonra söylədim ki, cənab Prezident, film də çəkilmir, mənə yaxşı pul versələr, səhərdən axşama kimi burada dayanaram.Prezident də ürəkdən güldü, oradakılar elə bildilər, gülməli əhvalat danışmışam. Bununla da çatdırdım ki, kino çəkilmir”./ sherg.az/